Dünya soyuq müharibə vəziyyətindədir -Prezident

10-07-2024, 16:18           
Dünya soyuq müharibə vəziyyətindədir -Prezident
“Dünya soyuq müharibə vəziyyətinə qayıdıb, ona görə də NATO ölkələri müdafiə xərclərini artırmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda “Politico” qəzetinə müsahibəsində deyib:“Biz dürüst olmalıyıq və özümüzə deməliyik ki, Soyuq Müharibə vəziyyətinə qayıdırıq”.

Onun fikrincə Soyuq Müharibə ABŞ-ın hərəkətləri ilə deyil, Rusiyanın siyasəti səbəbindən başlayıb.

Polşa lideri həmçinin qeyd edib ki, Avropanın “böyük təhlükəsizlik kəsiri var” və NATO ölkələrini “soyuq müharibədə olduğu kimi” müdafiə xərclərinin səviyyəsini ölkənin ÜDM-nin 3%-i səviyyəsində sabitləşdirməyə çağırıb.

Lakin prezident etiraf edib ki, bu məqsədə nail olmaq bir neçə il çəkə bilər.

“Biz hərbi-sənaye kompleksimizi yenidən qurmalıyıq və ehtiyatlarımızı artırmalıyıq. Bunu birlikdə etməliyik və bu gün biz də gecikmədən Ukraynaya dəstək verməliyik”, – deyə Duda əlavə edib.

Qeyd edək ki, NATO sammiti 9-11 iyulda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru