“Azercell” danışıq, internet qiymətlərini qaldırsa da, xidmət səviyyəsində heç bir dəyişiklik etməyib. Hətta abunəçilər bildirir ki, qiymət artımından sonra internetlə bağlı problemlərlər daha da artıb.
XALQ.AZ məlumat verir ki, abunəçi Tural Mustafayev “Azercell”in xidmətlərindən narazıdır. O, “Azercell”in internetini bərbad adlandırıb:
“Aylıq 29 meqabaytlıq paket işlədirəm artıq 5 ilə yaxındır. Əvvəllər internetdən şikayətim olmayıb, axır vaxtlar qiymət qalxandan sonra çox bərbad olub. Bu nə biyabırçılıqdı, hansı dövrdə yaşıyırıq?”.