La Liqa: "Barselona" son dəqiqələrdə büdrədi

24-11-2024, 15:38           
La Liqa: "Barselona" son dəqiqələrdə büdrədi
İspaniya çempionatında 14-cü turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider "Barselona" səfərdə "Selta" ilə üz-üzə gəlib.

Qonaqlar 15-ci dəqiqədə Rafinyanın qolu ilə hesabı açıblar. 61-ci dəqiqədə Levandovski fərqi artırıb. Lakin 82-ci dəqiqədə katalonlar azlıqda qaldıqdan sonra 3 dəqiqəyə (84, 86) 2 top buraxaraq, qələbəni əldən veriblər - 2:2.

Bu nəticədən sonra "Barselona" 34 xalla liderliyini davam etdirir. İkinci pillədəki "Atletiko" liderdən 5 xal geri qalır. Katalonların əzəli rəqibi Madrid "Real"ı 27 xalla ilk üçlüyü qapayır, lakin kral klubunun ehtiyatda 2 oyunu var. "Selta" isə 18 xalla 11-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru