Dişi ağrıyan şəxs mağazada bir butulka araq içdi, pulunu vermədi - Dava düşdü

24-11-2024, 15:14           
Dişi ağrıyan şəxs mağazada bir butulka araq içdi, pulunu vermədi - Dava düşdü
Naxçıvanda dişi ağradığı üçün bir butulka araq içən şəxs dava salıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Naxçıvan şəhərindəki Nizami küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü N.Həsənov dişi ağrıdığı üçün bir butulka arağı və bir ədəd enerji içkisini mağazanın vitrinindən götürərək içib.

Daha sonra o, boş butulkanı mağazanın kassirinə təqdim edərək, üzərində pul olmadığını və borcunu sonra verəcəyini deyib.

Amma kassir onunla razılaşmayıb. N.Həsənov bu səbəbdən mübahisə etməyə, söyüş söyməyə və səs-küy salmağa başlayıb.

Polis tərəfindən saxlanılan N.Həsənov etdiyi əmələ görə peşman olduğunu, mağazada içdiyi içkidən sərxoş olduğu üçün bilmədən belə bir hərəkət etdiyini deyib.

Məhkəmənin qərarı ilə N.Həsənov 12 gün müddətinə inzibati qaydada həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru