BAYATILAR VƏ ADINDA BAYATI SAXLAYAN MUĞAMLAR HAQQINDA QISA İNFORMASİYA
Bu gün, 07:47
“Bayatın sonralar köç etdiyi bu yer adları da, onun doğulduğu Turan elinin Ete Eli, (Herodotda Tirren və ya Tirsen), (Şəmsi Ədəd Abidə - Ete Eli, Tura), Kilikiya, Ögey, Aralıq dənizlərinin və Kəngər (Fars) körfəzinin sahilləri kimi, onun determinantıdır - təyinedicisidir. Ona görə bu muğamları bu yerlərdə eradan qabaq belə türk bayatların yaşadıqlarının gözgörəri şahidləri kimi qəbul etməyə haqqımız var.
Bayat muğamlarının növləri çox çoxdur. Onlarla tanış olmaq üçün Azərbaycan Milli Musiqi Akademiyasının kafedra müdiri, “orkestr adam” ləqəbini qazanmış professor Abbasqulu Nəcəfzadəyə müraciət edək. O yazır:
“Bayatı” təmiz Azərbaycan türkünə, daha dəqiqi, oğuz türklərinə məxsus sözdür. Bu söz öz adını 24 oğuz elindən biri olan Bayatdan almışdır. Adında “bayatı” sözü əks olunan bütün muğamların yaradıcısı Azərbaycan xalqının nümayəndələridi. Olar bizim maddi-mənəvi, irsi sərvətlərimizdir. “Bayatı” kəlməsi etnonim, toponim və ya qövm isimləri ilə birləşərək məlum muğam adlarını əmələ gətirmişdir. Böyük ürəkli xalqımız yaratdığı muğamlara səxavətlə müxtəlif regionların adlarını verməklə bir daha beynəlmiləlçi olduğunu nümayiş etdirmişdir (Nəcəfzadə A.İ. Adında “bayatı” sözü olan muğamlar. // “Konservatoriya” jurnalı №1 (15), 2012, s. 27-37).
“Atüstü bayatı”,
“Azər-bayatı”,
“Bayatı”,
“Bayatı-əcəm”,
“Bayatı-əmül”,
“Bayatı-ərəban”,
“Bayatı-Əraq”,
“Bayatı-fars”,
“Bayatı-feli”,
“Bayatı-İsfahan”,
“Bayatı-İsfahani-Mühəyyər”,
“Bayatı-kürd”,
“Bayatı-Qacar”,
“Bayatı-Qacar guşəsi”,
“Bayatı-Mənsuri”,
“Bayatı-Nəhoft,
“Bayatı-race”,
“Bayatı-ravəndi”,
“Bayatı-Segah”,
“Bayatı-şikəstə”,
“Bayatı-Şiraz”,
“Bayatı-Şur”,
“Bayatı-türk”,
“Bazəm-Bayatı-Şiraz”,
“Bazəm-Bayatı-kürd”,
“Bəhri-Bayatı-əcəm”,
“Çoban-bayatı”,
“El bayatı”,
“Eyzən-bayat”,
“Qatar-bayatı”,
“Mürəkkəbi-bayatı”,
“Novruz-bayatı”,
“Pəs bayatı”,
“Sallama bayatı”,
“Zil Bayatı-Qacar”,
“Zil Bayatı-Şiraz” və s.
“Səmai (Maqam) Bayatı” * // * Eramzın 7-9-cu əsrlərində Babildə
------------------------------ ərəbin türkdən alıb ifa etdiyi muğam.
-------------------Lakin hələ də Osmanlı adı üstündən pozulmayıb.
***
Bu cür zənginliyə sahib olan xalq bəxtəvərdir.
Fəqət sənin bu qədər əski musiqi xəzinən olsun, sən özünü tanımayasan. Özünü və u xəzinənin açarını yadlarda axtarasan. Burası isə sözün həqiqi mənasında bədbəxtlikdir.
Əfsus ki, hər Bayat muğam barədə danışmaq qeyri mümkündür və bu, ayrıca bir kitabın geniş xırmanboyu mövzusudur. Amma böyük məmuniyyətlə onların hər birinin həyatda mövcudluğuna adam özü şahidlik etmək istər və hər birini ayrı-ayrılqda dinləmək üçün mənbəə arzular. Məsələn, adından göründüyü kimi, siyahıda birinci gələn “Atüstü Bayatı”, şübhəsiz at üstündə yaylağa köç edən şəxsin bayatı çəkməsi tarix boyu bizim xalqda ənənə olub. Ancaq o necə səslənir? Kaş bunu bilən musiqiçimiz olaydı”.
Bir sözlə, araşdırmalar göstərir ki, BAYATI muğam növləri adına 4 minillik mixi yazılı mətndə rast gəlinən ULU XAN BAYAT ÇAPAN adlı şəxsin Etruskların ilkin vətənləri olmuş ETE ELİ hökmdarı və sərkərdəsinin də daxil olduğu TÜRK BAYAT nəslinin adı ilə bağlıdır.
___________________
Şəkildə musiqi alətlərinin fatehi dostum ABBASQULU NƏCƏFZADƏ
Tariyel Azerturk