Barat Yusubov Tahir Mirkişiliyə məxsus olduğu deyilən şirkətdən 118 min manatlıq alış-veriş edəcək - 5 monitor üçün

27-08-2024, 15:37           
Barat Yusubov Tahir Mirkişiliyə məxsus olduğu deyilən şirkətdən 118 min manatlıq alış-veriş edəcək - 5 monitor üçün
"Yeni Klinika"nın Monitorların satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az-ın məlumatına görə, tenderin qalibi "Ultra Technoligies" MMC olub. Tərəflər arasında 118.463,15 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən klinika 5 ədəd monitor, 5 ədəd videokamera ilə təmin olunacaq.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan Ultra Technologies MMC-nin qanuni təmsilçisi Məhəmməd Zülfüqarlı Zülfüqar Oğludur.

Xatırladaq ki, Yeni klinika"nın direktoru Barat Yusubovdur.

Mətbuatda gedən məlumatlara görə, Milli Məclisin VI çağırış deputatı olmuş Tahir Mirkişiliyə məxsus olduğu iddia olunur.

Tahir Mirkişilinin tərcümeyi-halında onun 2000-2011-ci illərdə adıçəkilən şirkətdə müxtəlif vəzifələrdə, o cümlədən direktor vəzifəsində çalışıb. Bu da şirkətin Tahir Mirkişiliyə bağlı olduğuna dair şübhələri daha da artırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.