Vüqar Qocayevdən qiymət artımı anonsu: - Hansı məhsullar bahalaşacaq?
1-09-2024, 00:12
Cari ildə hökumətin qərarı ilə bir sıra sahələrdə qiymət artımı tətbiq edildi.
Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında “Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının qiyməti artırıldı.
Nəticədə “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edildi.
Qiymət artımı digər sahələrdə də müşahidə edildi. Belə ki, Azərbaycanda benzin və dizelin qiymətinini artması ilə ictimai nəqliyyatda, metro və avtobuslarda gediş haqqı artırıldı.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarına əsasən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. Beləliklə, yanacağın və nəqliyyatın bahalaşması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Çünki adıçəkilən sahələrdə qiymət artımı digər sahələrə də təsirsiz ötüşmədi. Əhali ilk olaraq bunu ərzaq məhsullarında müşahidə etdi.
Yay mövsümündə hər zaman ən ucuz qiymətə olan meyvənin qiymətində belə, ən yüksək rəqəmlər özünü göstərdi. Məsələn, bu yay bazarda gilasın qiymətinin 8 manata olması imkansız ailələr üçün əlçatmaz bir rəqəm idi. Artıq bahalaşmadan iki ay vaxt keçib.
Mütəxəssislər ötən dövrdə bazar qiymətlərini necə dəyərləndirirlər?
İqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"a bildirib ki, yanacaq və nəqliyyatın bahalaşmasından sonra ölkədə bir sıra sahələrdə bahaşalma müşahidə olundu:
"Əhalinin ən çox ehtiyacı duyduğu yağ və ət məhsullarında çox böyük bahalaşama oldu. Qoyun ətinin qiyməti 18-19 manata çatdı. Eyni zamanda mal ətinin qiyməti də yenidən bahalaşdı. Hazırda mal ətinin bir kiloqramı 14-16 manat arasında təklif olunur. Bildirim ki, mövcud bahalaşmanın, eləcə də qiymətlərin düşməsini hələ gözləmirəm. Bu tendensiya hələ davam edəcək. Belə bir gözlənti var ki, ölkədə COP29-dan sonra maliyyə baxımından bir qədər müsbətə doğru dəyişiklik olacaq.
İqtisadçı ekspertlərin fikrincə, maaşlar artacaq. Yəni ilin sonuna doğru maaşların bir qədər artacağı gözlənilir. Neçə faiz artacağı ilə müxtəlif fikirlər səslənir. Sosialyönülü layihələrin həyata keçirilməsi gözlənilir. Büdcədə bu sosialyönümlü layihələr öz əksini tapmalıdır. Burada qiymətlələrin düşməsindən söhbət getmir, əhalinin maaşları qalxmalıdır.
Bununla bağlı iqtisadçılar müxtəlif rəqəmlər irəli sürürlər. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, müəyyən qrupun maaşında artım gözlənilir. Əsasən pensiyaçılar və minimum əməkhaqqı alanların maaşları qalxmalıdır. Yəni 600-700 manata çatmalıdır".
Onun sözlərinə görə, ümumiyyətlə, ölkəyə məhsulların bir çoxu Türkiyədən, İrandan idxal olunur:
"İstər-istəməz idxal olunan məhsullarda bahalaşma olacaq. Hökumət müvafiq tədbirlər həyata keçirməlidir ki, idxal olunan məhsullar ucuz başa gəlsin. Bu baxımdan vergidən azad olunmalıdır.
Elə bir faiz olmalıdır ki, oradan gələn məhsullar ucuz olsun, əhali ala bilsin. Bunu İqtisadiyyat Nazirliyi nəzərə almalıdır. Bununla bağlı plan hazırlanmalı, hökumətə təqdim olunmalıdər. Bu istiqamətdə yəqin ki, işlər gedir. İnanıram ki, Azərbaycan getdikcə inkişaf edəcək".