Neftçalada deputatlığa namizəd BELƏ YUMRUQLAŞDI - VİDEO

1-09-2024, 14:50           
Neftçalada deputatlığa namizəd BELƏ YUMRUQLAŞDI - VİDEO
70 saylı Neftçala seçki dairəsinin Qaçaqkənd seçki məntəqəsində gərginlik müşahidə olunub.

Pravda.az-ın xəbərinə görə, hadisə deputatlığa namizəd Vəfa Nağı və digər deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri Tənzilə Rüstəmxanlının nümayəndəsi Hüseyn Qurbanov arasında baş verib.

Belə ki, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra isə V.Nağı H.Qurbanova "şərəfsiz" deyərək telefonla üzündə itələyir, şillə vurur. Bu zaman qarşı tərəf də ona şillə vurur və telefonu yerə düşür.

Sonra V.Nağı sosial şəbəkədə canlı yayımda bildirib ki, seçki məntəqəsində onun və müşahidəçilərinin fəaliyyətinə maneələr yaradılıb, məntəqədən kənarlaşdırılıblar.

VHP-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Şərəfxanlı isə bildirib ki, hər kəs ifadələrinə diqqət etməlidir: "Deputatlıq iddiasında olan Vəfa Nağı da əvvəl normal cümlə qurmağı öyrənsin. Aqressiya və zor göstərən Vəfa, qarşı tərəf Hüseyn Qurbanov. Öz əsərin, öz qanqalındır..."

Tərəflər bir-birilərini təxribat törətməkdə ittiham ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru