Azərbaycanda keyfiyyətli internetə əlçatanlıq təmin edilibmi?

3-09-2024, 12:04           
Azərbaycanda keyfiyyətli internetə əlçatanlıq təmin edilibmi?
İlk öncə baxaq görək internetə əlçatanlıq nədir? Bunu ölçən BMT -nin və Dünya Bankının göstəriciləri var.
Bu qurumların prinsiplərinə görə internetə əlçatanlıq yalnız texnoloji infrastrukturun mövcudluğunu, anlaşıqlı desək evin qarşısında fiber optik kabel dirəklərinin sayının çoxluğunu nəzərdə tutmur.
Əlçatanlıq dedikdə həm də internet üçün müvafiq tarif seçimi imkanlarından, şəffaflıqdan, təhlükəsizlikdən söhbət gedir .
BMT isə hətta son illər İnternetə əlçatanlıığı insanların əsas fundamental hüquqlarından birisi olaraq qəbul edib.
Bu prinsiplərlə yanaşsaq, son 2-3 ildə RİNN tərəfindən dövlət-özəl provayderlərlə birgə aparılan nəhəng infrastruktur işlərini nəzərə alsaq, 15 avqust tarixədək Azərbaycanda keyfiyyətli internetə əlçatanlığın təmin edildiyini birmənalı olaraq demək olardı.
Lakin həmin prinsiplərlə yanaşsaq 15 avqustdan sonra ölkədə internetə əlçatanlıqla bağlı suala birmənalı cavab vermək mümkün deyil.
Xüsusilə də regionlarda, yalnız Aztelekom dövlət provayderinin və təbii inhisarçının hökmranlıq etdiyi yerlərdə artıq internetə əlçatanlıq prinsipi pozulub.
Əgər insanların internet üçün ağlabatan tarif seçimi imkanı yoxsa, bu səbəbdən internetdən imtina edirsə, "şərikli internet"ə üstünlük verirsə , onda yuxarıdakı qurumların prinsiplərinə görə ölkəmizdə keyfiyyətli "əlçatan internet" in olması şübhə doğurur.
Ümid edirəm RİNN, Beynəlxalq Reytinqləri ölçən Komissiya, Ombudsman, Antiinhisar da bunun fərqindədir. Dünya Bankı da elə bu günlərdə bununla bağlı anonim sorğulara başlamalıdır.
BMT-nin "elektron hazırlıq" üzrə qiymətləndirmələri olacaq .
Yeri gəlmişkən, maraqlıdır, məhz seçim imkanının olmaması ucbatından "insanların əsas fundamental hüququndan", internetdən imtina edilməsinə bizim hörmətli Ombudsmanımız görəsən necə münasibət sərgiləyir ?
Regionlardan isə internetdən imtina edənlərin və şərikli internet seçənlərin çox olduğu bildirilir.
Aztelekom, İKTA bunların sayı haqqında heç bir məlumat açıqlamayıb.
Müşahidələr göstərir ki, problemlə bağlı Antiinhisara və İKTA-ya çoxsaylı şikayətlər göndərilib.
Xatırladıram ki, internet tariflərilə bağlı "seçim imkanının pozulması" və "kartel sövdələşməsi"nin mövcudluğu ilə bağlı Antiinhisar -ın araşdırması hələ də davam edir.
Yeri gəlmişkən, bu günlərdə Antiinhisar-ın statusu da gücləndirilib, qurum Prezident yanında Dövlət Agentliyinə çevrilib.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.