Seçkidə iştirak edən, lakin namizədləri seçilməyən partiyalar nə qədər pul alacaq - Ekspert yazır
4-09-2024, 00:09
2024-ci ilin dövlət büdəcsindən siyasi partiyaların maliyyələşməsi üçün 5 milyon manat vəsait ayrılıb. Parlamentdə təmsil olunmayan siyasi partiyalar bir il üçün nə qədər vəsait ala biləcəklər. TEREF yazır ki, bunu iqtisadçı ekspert Razi Abbasbəyli yazır. Ekspert daha sonra yazır: 5 milyon manatın 5 faizi 250 min manat edir. Bu vəsaitin 2.5 faizi, yəni 125 min manatı deputatı olmayan yuxarıda qeyd etdiyimiz 13 siyasi partiya arasında bərabər bölünəcək. Bu da 125 min : 13 = 9 min 615 manat edir. Yerdə qalan 2.5 faiz, yəni 125 min manat da deputatı olmayan, lakin aldıqları səsin həcminə görə 13 siyasi partiya arasında bölünəcək. MSK hələlik hansı partiyanın nə qədər səs almasına dair statistik məlumatları açıqlamayıb. Lakin ilkin məlumatlara görə bu rəqəm 13 partiya arasında təsminn eynidir. Yəni mandatsız qalan və seçkilərdə iştirak etmiş partiyalar aşağı-yuxarı eyni səs alıblar. O zaman da ehtimal ki, yerdə qalan 125 min manat da 13 siyasi partiya arasında bərbaər bölünəcək. Beləliklə deputat yeri qazanmayan hər bir partiya dövlət büdcəsindən toplam olaraq İLLİK 17-18 miin manat vəsait alacaq. Əgər biz bu rəqəmi də bir ilə, yəni 12 aya bölsək o zaman deputatı olmayan siyasi partiya hər ay büdcədən 1500 manat pul ala biləcək. TEREF