QHT-lər saxta medalı pulla satır, məmur da onu alıb döşünə taxır - FAKT BUDUR!

6-09-2024, 17:14           
QHT-lər saxta medalı pulla satır, məmur da onu alıb döşünə taxır - FAKT BUDUR!
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bir sıra QHT-lərin özfəaliyyətindən narazılıq edib. Agentliyin məlumatında bildirilib ki, bəzi QHT-lər özlərindən orden və medallar təsis edib və şəhid ailələrinin üzvlərini, vəzifəli şəxsləri, dövlət məmurlarını təltif edirlər.

QHT Agentliyi bu cür "əməllər"lə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə çağırıb.

Mövzu ilə bağlı Modern.az-a danışan Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu bildirib ki, medalı, ordeni vətəndaşa dövlət adından rəsmi qurum verə bilər, hansısa QHT yox. Onun sözlərinə görə, doğrudan da bəzi QHT-lər "orden-medal" satışı ilə məşğuldur:

“Qarabağ Qaziləri İctimai Birliyinin mərhum sədri Etimad Əsədov hələ illər öncə buna etiraz etmişdi. 1992-ci ildə yaradılan, böyük təcrübəsi olan, bir çox layihələrdə iştiak edən təşkilatımız hər zaman belə "işlər"in əleyhinə olub. Şəhidi, qazini, veteranı dövlət təltif edər, QHT-lər yox. Ən acınacaqlısı isə bu "təltiflər"in pulla satılmasıdır. Bu sadəcə ayıbdır, biz bunu edənlərə dəfələrlə etirazımızı bildirmişik. Təəssüflər olsun ki, bunun ayıb olduğunu həmin QHT-lərin rəhbərləri başa düşmürlər. Hansıa rəisə, nazirə "medal" verirlər. Yaxşı bunu QHT-lər verirlər, bəs qəbul edənlərin səviyyəsi, abırı hardadır? Başa düşmürlərmi ki, bunlar saxta "orden-medallar"dır”.

Qarabağ qazisinin sözlərinə görə, bəzən QHT-lər dövlətin medalının eynisini - oxşarını hazırlayır:

“Bu hərəkətlər olaraq yolverilməzdir. Düzdür QHT-lərin daxilində belə məsələlər var. Mən hesab edirəm ki, QHT Agentliyi bu məsələyə etiraz etməkdə hələ bir qədər gecikib, bunu çoxdan etməliydilər. İnanın ki, həmin "orden-medal"ı alanların çoxu heç onun nə olduğunu bilmir. Alıb döşlərinə taxır, tədbirlərdə nümayiş etdirilər. Savadsızları başa düşdük, bəs məmurlara nə olub?”, - müsahibimiz bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru