Yaşaya, qazana bilmirlər, sonra gəlib bizə ağıl öyrədirlər

8-10-2024, 08:54           
Yaşaya, qazana bilmirlər, sonra gəlib bizə ağıl öyrədirlər
Tanınmış “Forbes” nəşri dünya üzrə ölkə və hökumət başçılarının illik qazancları haqqında məlumat dərc edib.
“PoliticalSalaries” adlı hesabatda deyilir ki, dünyada ən çox qazanan Sinqapurun Baş naziri Lourens Vonqdur – onun illik qazancı 1 mln. 690 min dollardır. İkinci yerdə İsveçrə Prezidenti Viola Amherdir, onun ilik qazancı 569,5 min dollardır. Üçüncü yerdə ildə 412,5 min dollar maaşla Avstraliyanın Baş naziri Entoni Albanizin qərarlaşıb. Ondan sonra illik gəliri 400 min dollar olan ABŞ Prezidenti Cozef Baydenin adı yer alıb. Siyahıda 5-ci yerdə ildə 316,7 min dollar maaş alan Avstriya kansleri Karl Nehammer, 6-cı yeri illik gəliri 310,5 min dollar olan Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson tutur. Sonrakı yerdə illik 310,5 min dollar maaşla Kanadanın Baş naziri Castin Trüdodur. Almaniya kansleri Olaf Şolts reytinq siyahısında səkkizinci yerdədir - illik gəliri 293,3 min dollardır. Doqquzuncu yerdə ildə 276,4 min dollar maaşla Yaponiyanın Baş naziri Siqeru İsibadır. İrlandiyanın Baş naziri Simon Harris ən yüksək illik gəliri olan ilk onluğu bağlayır. Onun illik gəliri 267,3 min dollardır.
Vallah bunların günü-gün deyil, məsələn, o boyda Almaniyanın kanslerinin illik qazancı heç 300 min dollara çatmır. Azərbaycanda istənilən rayonun İcra Başçısının qardaşının qudasının xalası oğlu, elə həmin rayonda 2-3 tender udmaqla Şoltsdan ildə 2 dəfə çox pul qazanır.
Bizim istənilən nazir isə bu ilk 10-da olanların hamısının illik qazancını təkcənə ödəyə bilər, hələ bir maaşları qədər də ildə mükafat verər.
Yaşaya, qazana bilmirlər, sonra gəlib bizə ağıl öyrədirlər...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.