Kimisə tərif edəcəksiniz deyə, başqalarının haqqına girməlisiniz?- Səxavət Məmməd yazır..

8-10-2024, 18:18           
Kimisə tərif edəcəksiniz deyə, başqalarının haqqına girməlisiniz?-
Mayis Bərxudarov vəzifəsindən azad edilib, sərəncama göndərilib, mənə nə. Bəzi media qurumları Mayis Bərxudarovla bağlı gözəl yazılar yazırlar, heç bundan da mənə bir şey yoxdur. Ancaq 7 oktyabr erməni ordusunun əks-hücumu və 1000 nəfər itki vermələrinin Mayis Bərxudarova bağlamaqları ən yüngülü başqalarının haqqına girməkdir. Ağırın yazmayım, anlayan anladı. Hörmətli jurnalist qırıqları, müharibəni televizordan izləyən informasiya savaşçıları, müharibə barədə bir şey yazanda nəzərə alın ki, cəmi 4 il keçib, əməliyyatın iştirakçıları sağdır və adamları məcbur edirsiniz əsəbləşməyə.
7 oktyabr əməliyyatını ən xırda detallarına qədər araşdırmışam. O cür əməliyyatı bu günə qədər yazıb, yaymamağımın tək səbəbi kitaba işləməyim idi.
Əməliyyata rəhbərliyi XTQ-nin kəşfiyyat rəisi olmuş Eldəniz Namazov edib. Ermənilərin ən böyük əks-hücumunun qarşısını isə XTQ-nin 4-cü taboru və 4 tankdan ibarət tank tağımı alıb. Tanklardan da biri xarab olduğu üçün döyüşə qatılmayıb.
Hətta hazırkı Baş Qərargah rəisi Kərim Vəliyev də əməliyyat bitəndən sonra özünü ora çatdırıb. Foto və videoları da var. Əməliyyatın əhəmiyyətinə gəldikdə isə, konkret müharibənin qırılma anıdır.
Sabah bu barədə geniş yazacam, təbii ki, kitabdakı kimi detallı yox.
Ayıbdır! Kimisə tərif edəcəksiniz deyə, başqalarının haqqına girməlisiniz?
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru