"Qəzzada gerçəkdən soyqırım törədilir" - Kamala Harris

21-10-2024, 07:34           
"Qəzzada gerçəkdən soyqırım törədilir" -
"Bura baxın, bu adam gerçək baş verənlərdən danışır. Mən atəşkəsə tərəfdaram və bu müharibəyə son qoymaq istəyirəm..."

Sentyabrın 20-də ABŞ prezidentliyinə namizəd Kamala Harris Qəzza bölgəsidə baş verənləri soyqırım adlandırıb və bəyan edib ki, Qəzzada hərbi əməliyyatların dayandırılmasına çalışacaq.

Moderator.az xəbər verir ki, bu barədə o, sentyabrın 19-da Viskonsin ştatının Miluoki şəhərində universitet tələbələri ilə görüşündə bəyan edib. Məlumatı "vesty.co.il" nəşri yayıb.

Harris öz çıxışında ABŞ administrasiyasının universitetlərə nə qədər çox qüvvə və vəsait sərf etdiyindən danışarkən ərəb mənşəli tələbələrdən biri soruşub: "Bəs soyqırıma necə? Soyqırıma neçə milyard dollar xərcləmisiniz? 19 min uşaq qətlə yetirilib".

Toplaşanların narazı səslərilə üzləşən Harris deyib: "Bura baxın, bu adam gerçək şeylərdən danışır. Qəzzada gerçəkdən soyqırım törədilir. Mən bu barədə danışmaq istəmirdim, amma bunlar gerçəkdən baş verənlərdir və mən bu tələbənin səsinə hörmətlə yanaşıram. Mən atəşkəsə tərəfdaram və
bu müharibəyə son qoymaq istəyirəm".

Görüşdən sonra Kamala Harrisin ətrafında olan mənbələr bəyan edib ki, demokratların namizədi Qəzzada soyqırım törədilməsi fikri ilə, guya, razılaşmayıb, sadəcə, bir çox insanların fələstinlilərə acıdığının gerçək olduğunu etiraf edib.

ABŞ-ın İsraildəki sabiq səfiri, Trampa yaxınlığı ilə seçilən Devid Fridman bununla bağlı deyib ki, Kamala Harris "İsrailin HƏMAS-la müharibəsinə antisemit baxışla həmrəy olduğunu açıq şəkildə büruzə verib".

O, deyib ki, "bir çoxları, o cümlədən mən özüm də bundan şübhələnmişdik. İndi isə bu, aydın olub. Bu, Harrisinin təkcə gələcək prezident kimi deyil, həm də dövlət xadimi kimi tamamilə yararsız olduğunu göstərir", - Fridman "The New York Times" nəşrinə müsahibəsində bəyan edib.

Nəşr xatırladıb ki, bu gün 60 yaşını qeyd edən Kamala Harris müsəlman seçicilərinin səslərinin azalması fonunda dəyişməyə başlayıb. Çünki müsəlman seçicilər Harrisi Qəzzada soyqırıma dəstək verdiyinə görə boykot edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.