İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”

22-10-2024, 00:07           
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: -
Bir çox hallarda yeni binalarda mənzil alanların zahirən lazımi sənədləri qaydasında olsa da, onlara çıxarış verilmir. Qəzəbli ittihamların əksəri ASAN Xidmətə yönəldilsə də, əslində, vətəndaşın bilmədiyi bir həqiqət var: dövlət qurumları MTK-dan binanı istismar üçün qəbul etməlidir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hansısa bina tikilməzdən öncə ərazisinin geoloji xüsusiyyətləri araşdırılmalıdır:

"Tikinti bumu daha çox 2007-2008-ci illərə təsadüf edir. Həmin dövrdə qanunvericilik bəzi məsələləri əhatə etməyib, bir çox binaların tikintisində hazırkı normativlərdən kənar addımlar atılıb. vakansiya

Tələblərə görə, ilk növbədə, ərazidə geoloji araşdırma aparılmalıdır. Ərazinin tikintiyə uyğun olub-olmaması barədə rəy verilməlidir. Digər tərəfdən, binanın tikintisi üçün nəzərdə tutulan yer sürüşmə zonası olmamalıdır.

Bütün araşdırmalar nəticələndikdən sonra tikintiyə icazə verən müvafiq arayış təqdim olunur. Bundan başqa, bir sıra normativ sənədlər də mövcuddur ki, həmin sənədlər məhz tikintinin təhlükəsiz və eyni zamanda, normativ qaydalara uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçündür. Məsələn, tikinti aparılarkən yaxınlıqdakı obyektlərə zərər dəyməyəcəyi və yaxud həmin ərazidən kommunikasiya xətlərinin, strateji əhəmiyyətli boru xətlərinin keçməməsi nəzərə alınmalıdır. Eyni zamanda, ekoloji təhlükəsizliklə bağlı da rəy tələb olunur. Bütün bu müxtəlif instansiyalardan alınan rəylərdən sonra tikinti işlərinə başlanılır".

Vüqar Oruc qeyd edib ki, tikintisi yekunlaşan binaların təhvil-təslimi zamanı bir sıra normativlər tələb olunur:

"Tikinti aparıldığı müddətdə istifadə olunan materialların və s.-in normativ göstəricilərə uyğunluğu barədə keyfiyyət nişanı tələb olunur. Fövqəladə Hallar Nazirliyi yanğın və təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq rəy verir.

2019-cu ildə tikilmiş binaların qeydiyyatının və təhvil-təslim prosesinin sadələşdirilməsi ilə bağlı sərəncam imzalanıb. Bu sərəncamdan sonra binanın qeydiyyat və təhvil-təslim prosesinin qarşısındakı bürokratik əngəllər aradan qalxıb. Amma bu o demək deyil ki, Azərbaycanada bütün tikinti işləri ilə bağlı aministiya elan olunub".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.