İqtisadiyyatın vəziyyəti haqqında arayış.

Bu gün, 08:14           
İqtisadiyyatın vəziyyəti haqqında arayış.
İstənilən məsələnin əsl məğzi müqaisədə üzə çıxır. Hökumət israrla iqtisadiyyatda hər şeyin rəvan getdiyi göstərməyə çalışsa da, elə özlərinin rəsmi rəqəmləri çox şeydən xəbər verir. 2024-cü ilin ilk 11 ayının idxal-ixrac rəqəmləri rəsmən elan edilib, ona görə də, 2023-cü ilin ilk 11 ayı ilə müqaisə etmək üçün əlimində məlumat bazası var. Gəlin birlikdə rəqəmlərə baxaq:
1) 2023-cü ilin 11 ayında Azərbaycanın ümumi ticarət dövriyyəsi 47,32 mlrd. dollar olub – 2024-cü ilin eyni dövründə həmin rəqəm 43,19 mlrd. dollar oldu. Azalma – 4 mlrd. 130 mln. dollar təşkil edir. 2023-də (hər dəfə 11 ay yazmayacam, söhbət ilk 11 aydan gedir) ixrac 31,51 mlrd. dollar olub, 2024-də bu rəqəm 24,33 mlrd. dollar oldu. Azalma – 7 mlrd. 18 mln. dollar təşkil etdi. 2023-də ölkəyə idaxal 15,81 mlrd. dollar olub, 2024-də isə 18,77 mlrd. dollar oldu. Son 1 ildə idxal, təqribən, 3 mlrd. dollar artıb – bəs yerli istehsal, qeyri-neft sektorunun inkişafı nə oldu?!
2) Qeyri-neft sektoru demiş, 2023-də bu sektorda ixrac 3,033 mlrd. dollar olub, 2024-də isə 3,099 mlrd. dollar oldu – fərq cəmi 66 mln. dollar təşkil edib. Budur artım, budur inkişaf?!
3) Gələk çox öyündüyümüz pomidora, meyvə tərəvəzə: 2023-cü ildə ölkənin bu sahədə ixracı 641 mln. dollar olub, 2024-də isə cəmi 627 mln. dollar olub – azalma 14 mln. dollar təşkil edib. Bəs nə oldu işğaldan azad edilmiş torpaqlarımızı aqrar sektora qazandıracaqdıq, istehsalı artıracaqdıq – olmadı, 14 mln. dollar böyük rəqəm deyil, amma faktiki, azalıb, artmayıb.
Rəqəmlərlə sizi yormaq istəmirəm, amma detallı analiz bir daha onu sübut edir ki, bu gün iqtisadiyyatda olan problemlərin kökü idarəetmə sistemindədir. İdarəetmə sistemində köklü islahatlar olmasa, iqtisadiyyatda da düzəlməyəcək, Rifah Dövləti qura bilməyəcəyik...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.