İcra başçısı soba fotolarını saytdan sildirdi — Birini “fotoşop“latdı (VİDEO)

14-01-2025, 09:37           
İcra başçısı soba fotolarını saytdan sildirdi — Birini “fotoşop“latdı (VİDEO)
Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.

Görüşdəki fotolarda həmin zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması müzakirələrə səbəb olub.

İcra başçısı Əkbər Abbasovun qalmaqala səbəb olan görüntüləri Lerik Rayon İcra Hakimiyyətinin saytından silinib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 4 dekabr 2024-cü ildə Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sakinlərlə görüş keçirərkən orada da onun isinməsi üçün qırmızı istilik sobası qoyulub.

Həmin görüşdən şəklə isə fotoredaktor proqramı ilə əl gəzdirilərək sobanın görüntüsü oradan silinib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru