“Kapital Bank”ın keşbek yalanı üzə çıxdı

29-04-2025, 11:39           
“Kapital Bank”ın keşbek yalanı üzə çıxdı
“Kapital Bank”ın verdiyi qərarlar müştərilərinin narazılığına səbəb olur. Bankın kartlarından istifadə edənlər bildirir ki, bank müştərinin xeyrinə olmayan özbaşına qərərlar qəbul edir.

Tribunainfo.az xəbər verir ki, şikayətçi Kamran Həsənovun sözlərinə görə, keşbek kartı olan Birbank keşbek əvəzinə bonus verir:

“”Kapital Bank” yenə gizli qərarlar verir. Birbank keşbek kartı ilə alış-veriş olub, keşbek əvəzinə Umico bonus verir. 196 ilə əlaqə saxlamışıq, problemi bildirmişik. Deyir, sizə keşbek yox Umico bonus hesablanır. Başa sala bilmirik ki, axı bizim kart keşbek kartıdı, Umico deyil axı. Kimə deyəsən problemi, baş açmaq olmur. Bu müştəri aldatmaq deyil bəs nədir?”.

Digər şikayətçi Turqay Nəbiyev də eyni problemdən əziyyət çəkir:

“Məndə də eyni vəziyyətdədir. Dələduzlara izah edə bilmirəm ki, onsuz da mənim Umico hesabım var da. Həmin bonusum onsuz da Umico kartınl təqdim etdikdə ora yığılır. Sən mənə keşbekimi ver. Amma bunu onlara başa dala bilmirəm.
Ümumiyyətlə,”Kapital Bank” kimi oğru bank niyə var, o mənə çatmır”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru