Xaricə satdığımız kərə yağı: Yerli istehsal, yoxsa... - ARAŞDIRMA

Dünən, 12:22           
Xaricə satdığımız kərə yağı: Yerli istehsal, yoxsa... - ARAŞDIRMA
Bu ilin I rübündə Azərbaycan 12,6 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları və yaxud 77,4 % çoxdur. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan 7,1 milyon ABŞ dollar dəyərində kərə yağı ixrac edib. Məlum olduğu kimi, Azərbaycanda yağ idxalının həcmi ixracın həcmindən dəfələrlə çoxdur.

Ümumiyyətlə, Azərbaycanın bu məhsula olan təlabatı nəzərə alınaraq, yerli istehsal daxili bazara yönəldilə bilərmi?

İqtisadçı Xalid Kərimli TNS-ə bildirib ki, Azərbaycan İrandan, Rusiyadan, Belarusdan, Fransadan, Almaniyadan, Zelandiyadan və digər ölkələrdən yağ ixrac edir:

“Bizim ölkəmiz yağın daha çox idxalçısıdır. Azərbaycanda yerli istehsalçılar əsasən, qablaşdırmanı həyata keçirir. Ölkəmizdə heyvandarlıq təbii süddən xaricə satacaq qədər yağ istehsal etməyə imkan vermir. Yağ xammal formasında gətirilir, qablaşdırılaraq satılır. Ağartı məhsulu istehsalçılarının da çoxu xammalı xaricdən gətirir”.

Ölkənin yağa olan təlabatı bu qədər çox olduğu halda, yerli istehsal məhsulun xaricə satılmasına gəlincə, iqtisadçı bildirib ki, bu, sahibkarın öz seçimidir: “Sahibkar harada daha çox pul qazanırsa, məhsulunu da istədiyi qiymətə həmin ölkəyə sata bilər”.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 36 milyon 843 min ABŞ dolları dəyərində 5 min 338 ton kərə yağı idxal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 80% və ya 2370 ton, dəyər baxımından isə 2.4 dəfə və ya 21.3 milyon ABŞ dolları artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.