Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 12:32
Kanalımıza müraciət edən Bakı şəhər sakini, Sevda Abbasovanın sözlərinə görə, Abşeron rayonu, Masazır kəndində yerləşən “Məzunlar binası”nda yaşadığı mənzili əlindən almaq məqsədilə Sosial Xidmətlər Agentliyinin əməkdaşları və müəssisə direktoru Aygün Əzimova tərəfindən davamlı şəkildə təzyiqlərə məruz qalır. 3 uşaq anası abbasova bildirir ki, adıçəkilən şəxslər bir neçə nəfərlə əlbir olaraq saxta aktlar tərtib edib və mənzilin ondan alınması üçün müxtəlif dövlət qurumlarına müraciətlər ediblər. Onun iddiasına görə, bu prosesdə onu psixi xəstəxanaya yerləşdirmək üçün saxta “dəli kağızı” belə hazırlanıb. Şikayətçi deyir ki, bu şəxslər onun həyatını cəhənnəmə çeviriblər və 3 azyaşlı övladı ilə birlikdə yaşamaq hüququndan məhrum edilmə təhlükəsi ilə üz-üzədir. Şikayətçi iddaa edir ki, sözü gedən binada mənzillər rüşvət qarşılığında vaildeyin himayəsindən məhrum olmsyan şəxslərə satılır. Sevda Abbasova kanalımız vasitəsilə adiyyatı qurumlara müraciət edəeək bu məsəlınin araşdırılaraq obyektiv qiymət verilməsini xahiş edir. Kanal 13