Oturduqları yerdə milyarder olan uşaqlar – Birinci yerdə yenə azərbaycanlıdır

Dünən, 16:29           
Oturduqları yerdə milyarder olan uşaqlar –
“Forbes” jurnalı Rusiyanın ən zəngin ailələrinin övladları arasında miras bölgüsünə dair növbəti reytinq cədvəlini təqdim edib.

Yeniavaz.com xəbər verir ki, reytinqə əsasən, ikinci nəslin 53 nümayəndəsi ümumilikdə 283 milyard dollar sərvətə sahib olacaq.

Məlumata görə, 2025-ci il martın 7-nə olan statistikaya əsasən, dünya üzrə Rusiya vətəndaşlığı olan 146 milyarder mövcuddur. Onların ümumi sərvəti 625,5 milyard dollar təşkil edir. Əgər bu məbləğ onların ümumilikdə 440 övladı arasında bərabər bölünsəydi, hər biri orta hesabla 1,4 milyard dollar miras alardı.
Reytinqə yalnız ən çox miras payı düşən ailələrin nümayəndələri daxil edilib. Beləliklə, siyahıya daxil edilən 20 ailənin 53 övladı valideynlərindən ümumilikdə 283 milyard dollar miras alacaq.

Müqayisə üçün qeyd olunur ki, ötən illə müqayisədə reytinqdə dəyişikliklər baş verib. Mixail Fridmanın övladları reytinqə qayıdaraq hər biri 2,98 milyard dollar miras alacaq potensial varis kimi 19-cu pillədə qərarlaşıb. Onların yerini keçən il reytinqdə yer alan, “Evraz” şirkətinin həmsahibi Aleksandr Frolovun oğlu tutub. Lakin onun mümkün miras payı ötən ilki 2,8 milyard dollardan bu il 2,6 milyard dollara enib.

Reytinqdə diqqət çəkən digər dəyişiklik isə “Telegram”ın qurucusu Pavel Durovun övladları ilə bağlıdır. Daria Bondarenkodan olan iki övlad bu il 4,08 milyard dollar miras payı ilə reytinqdə təmsil olunur. Lakin 2024-cü ilin yayında məlum olub ki, onların üç ögey bacı-qardaşı – Leia, Daniel və David Durov da mövcuddur. Bu səbəbdən Durovun övladlarının hər biri üçün hesablanan miras 7,5 milyard dollardan 3,42 milyard dollara düşüb və onlar siyahıda səkkizinci yerdən 13-cü yerə geriləyiblər.

Qeyd olunur ki, Forbes-in reytinq metodologiyası dəyişməyib: milyarderin sərvəti onun bütün tanınmış övladları arasında bərabər bölünərək hesablanır. Nikahdankənar uşaqlar və nikah payları, həmçinin valideynlərin şəxsi fikirləri bu hesablamalara daxil edilmir. Məsələn, milyarder Vladimir Potanin açıq şəkildə bəyan edib ki, sərvətini övladlarına buraxmaq niyyətində deyil və onu xeyriyyəçiliyə yönəldəcək.

Reytinqin lideri isə bu dəfə də dəyişməyib. LUKOIL şirkətinin əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusuf Ələkbərov 28,7 milyard dollar mirasla birinci yerdə qərarlaşıb. Yusufun hazırda 200 milyon dollardan artıq şəxsi sərvəti var. 2024-cü ilin əvvəlində onun ikinci dəfə evləndiyi məlum olub. Uşaqları barədə məlumat olmasa da, Yusuf Ələkbərov “Bubbles” adlı, uşaq təhsili və baxımı ilə məşğul olan yeni bir şirkət qurub.
İkinci yeri 14,2 milyard dollar mirasla Sibur və Novatek şirkətlərinin sahibi Leonid Mixelsonun övladları tutur. Üçüncü pillədə isə NLMK şirkətinin sahibi Vladimir Lisinin üç övladı yer alır – hər biri 8,83 milyard dollar miras alacaq.

Siyahıya daxil edilən 20 ailənin 53 övladı haqqında məlumatları təqdim edirik:

1. Vahid Ələkbərov
Varis: Yusif Ələkbərov (1990)
Atanın sərvəti: 28,7 milyard dollar
Uşağın payı: 28,7 milyard dollar
Yusifin şəxsi sərvəti: 200 milyon dollardan çox
“Lukoil” səhmləri və Ecto Holdinqə sahibdir
2024-cü ildə 14,5 milyon dollar dividend alıb
2024-də ikinci dəfə evlənib

2. Leonid Mixelson
Varislər: Viktoriya Mixelson (1992) və bir oğlu (2015)
Atanın sərvəti: 28,4 milyard dollar
Uşağın payı: 14,2 milyard dollar
Viktoriyanın şəxsi sərvəti: 5,6 milyard rubl dividend alıb
İncəsənət layihələrinə rəhbərlik edir

3. Vladimir Lisin
Varislər: Dmitri (1981), Yuri (1984), Anastasiya (1998)
Atanın sərvəti: 26,5 milyard dollar
Uşağın payı: 8,83 milyard dollar
Dmitri atasının şirkətlərində çalışıb
Anastasiya iqtisadçıdır, evlidir

4. Gennadi Timşenko
Varislər: Natalya (1978), Kseniya (1985), İvan (1995)
Atanın sərvəti: 23,2 milyard dollar
Uşağın payı: 7,73 milyard dollar
Natalya və Kseniya sanksiyalara məruz qalıb
İvan Cenevrədə təhsil alıb

5. Andrey Melniçenko
Varislər: Tara (2012), Adrian (2017)
Atanın sərvəti: 17,4 milyard dollar
Uşağın payı: 8,7 milyard dollar
Ailə Dubayda yaşayır
Atası sanksiyalar altındadır

6. Süleyman Kərimov
Varislər: Gülnarə (1990), Səid (1995), Əminə (2003)
Atanın sərvəti: 16,4 milyard dollar
Uşağın payı: 5,47 milyard dollar
Səid Polyus səhmlərinin bir hissəsini satıb
Bütün ailə sanksiya altındadır

7. Viktor Raşnikov
Varislər: Tatyana (1970), Olqa (1977)
Atanın sərvəti: 9,6 milyard dollar
Uşağın payı: 4,8 milyard dollar
Olqa Fransa və Parisdə daşınmaz əmlaka sahibdir

8. Andrey Quryev
Varislər: Andrey (1982), Yuliya (1985)
Atanın sərvəti: 9,5 milyard dollar
Uşağın payı: 4,75 milyard dollar
Andrey sanksiyalara görə vəzifədən gedib
Yuliya ailə yaxtasını geri almağa çalışır

9. Viktor Vekselberq
Varislər: İrina (1979), Aleksandr (1988)
Atanın sərvəti: 9,2 milyard dollar
Uşağın payı: 4,6 milyard dollar
Aleksandr ABŞ vətəndaşıdır, texnologiya investoru
İrina ekoturizmə maraqlıdır

10. Aleksey Mordaşov
Varislər: 7 övladı, o cümlədən İlya (1986), Kirill (1999), Nikita (2000)
Atanın sərvəti: 6 milyard dollar
Uşağın payı: 4,09 milyard dollar
Kirill və Nikita biznes qurmağa çalışır
Dörd övlad Vunderpark məktəbində oxuyur

11. Viktor Xaritonin
Varislər: 2 övladı, o cümlədən İvan Xaritonin (2003)
Atanın sərvəti: 7,5 milyard dollar
Uşağın payı: 3,75 milyard dollar
İvan proqram mühəndisidir, qəhvəxana şəbəkəsi qurmağa çalışır
Atası ailəsini mətbuatdan gizlədir

12. Vladimir Potanin
Varislər: 7 övladı – Anastasiya (1984), İvan (1989), Vasili (1998), Varvara (2012), Daniil (2014), Ulyana (2017), Fyodor (2017)
Atanın sərvəti: 24,2 milyard dollar
Uşağın payı: 3,46 milyard dollar
İvan və Vasili maliyyə sahəsində işləyir, Anastasiya dünya çempionudur
Dörd azyaşlı övladı sanksiyalara görə gündəmə gəlib

13. Pavel Durov
Varislər: 5 övladı – Alina (2009), Mixail (2010), Leya (2013), Daniel (2016), David (2017)
Atanın sərvəti: 17,1 milyard dollar
Uşağın payı: 3 milyard dollar
Alina və Mixail birinci sevgilisindən, digər üçü ikinci münasibətdəndir
Durov 100 bioloji övladı olduğunu iddia edib

14. Andrey Kozitsyn
Varislər: 1 övlad – Mariya Kozitsyna (1998)
Atanın sərvəti: 3,4 milyard dollar
Uşağın payı: 3,4 milyard dollar
Mariya rəqəmsal marketinq üzrə ixtisaslaşıb
Uniqlo və Zara nümunəsi ilə magistr işini müdafiə edib

15. Sergey Qalitski
Varislər: 1 övlad – Polina Qalitskaya (1995)
Atanın sərvəti: 3,2 milyard dollar
Uşağın payı: 3,2 milyard dollar
Polina fitness biznesinə girişib, atası biznesə cəlb etmək istəmir
Cycle Club-un 50%-nə sahib olub

16. Dmitri Rıbolovlev
Varislər: 2 övlad – Yekaterina (1989), Anna (2001)
Atanın sərvəti: 6,4 milyard dollar
Uşağın payı: 3,2 milyard dollar
Yekaterina atçılıq idmançısıdır, Anna hüquq təhsili alır
Hər ikisi Monako ilə bağlı ictimai fəaliyyətlərdə iştirak edir

17. Vladimir Litvinenko
Varislər: 1 övlad – Olqa Litvinenko (1983)
Atanın sərvəti: 3,1 milyard dollar
Uşağın payı: 3,1 milyard dollar

18. Yuri Kovalçuk
Varislər: 1 övlad – Boris Kovalçuk (1977)
Atanın sərvəti: 3 milyard dollar
Uşağın payı: 3 milyard dollar
Boris dövlət və enerji strukturlarında rəhbər vəzifələrdə olub
2024-cü ildə Hesablama Palatasına rəhbər təyin edilib

19. Mixail Fridman
Varislər: 5 övlad – Laura (1993), Katya (1996), Aleksandr (2000), Nika (2006), Malka (2019)
Atanın sərvəti: 14,9 milyard dollar
Uşağın payı: 2,98 milyard dollar
Laura baletlə, Katya bizneslə, Aleksandr isə pərakəndə ticarətlə məşğuldur
Nika Londonda oxuyur

20. Dmitri Pumpyanski
Varislər: 1 övlad – Aleksandr Pumpyanski (1987)
Atanın sərvəti: 2,9 milyard dollar
Uşağın payı: 2,9 milyard dollar
Aleksandr İsveçrədə yaşayır və ailə investisiya şirkətinə rəhbərlik edir
Aİ sanksiyalarına məruz qalsa da, 2023-də ləğv olunub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.