Avropanın planları, Ukrayna müharibəsində real məqsədlər
Bu gün, 15:56

Müəllif siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu
Avropanın ABŞ nin təsiri və idarəetməsi altında olduğu sirr deyil.
II Dünya müharibəsindən sonra Qərbi Avropada ardınca 1989 1991 ci illərdə Sosialist ölkələrin yıxılışından sonra Mərkəzi və Şərqi Avropada ABŞ nin nüfuzu NATO vasitəsi ilə həm siyasi cəhətdən həm hərbi cəhətdən güclənməyə başladı.
Rusiyanın regionda zəifləməsi üçün ilk öncə onun müttəfiqləri ilə münasibətlərini korlamaq məqsədi ilə xüsusi düşünülmüş qaydada həmin ölkələrin daxilində anti Rusiya əhval ruhiyyəsi qaldırılmağa başladı, Gürcüstanda Qızılgül inqilabı, Ukraynada 2013 2014 cü illərdə meydan hadisələri və digərləri buna bariz nümunədir. Rusiyanın hələ 1950 ci illərdə Krım və bir sıra Cənubi Ukrayna ərazilərini Ukrayna SSR ə verdiyi məlumdur və bu zonalarda yaşayan əhalinin etnik tərkibində rus əsilli əhalinin olması əslində hadisələrə başqa tərəfdən baxsaq geopolitik oyun rolunu oynayırdı. O vaxtkı Sovet hakimiyyəti bilirdi ki, nə vaxtsa Ukrayna müstəqillik əldə etsə, SSRİ yıxılsa həmin etnik qrupdan və “ərazi verilməsi“ amilindən istifadə edərək separatçılığı ayağa qaldıracaq və Kiyevin tam müstəqil dövlət kimi mövcud olmasına, hər hansı Qərb ittifaqlarına, o cümlədən NATO a üzv ola bilmə ehtimalının qarşısını alır və həm də separatçıları müdafiə edərək bölgədə hərbi siyasi varlığını davam etdirə biləcək.
Moskva tərəfindən Azərbaycan daxilində 1923 cü ildə Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması da bu məqsədə əsaslanırdı.
2014 cü ildə Rusiya Ukraynada artıq Moskva meyilli Yanukoviçin istefasından sonra Milli əhval ruhiyyənin gücləndiyini, NATO a üzvlüyün yaxın olduğunu, Şərq sərhədlərində ABŞ və Şimali Atlantika ittifaqının silah və nəzarət məntəqələrinin yerləşdiriləcəyini anlayaraq Krıma fevralda müdaxilə edir və az müddət sonra tərkibinə keçirir. Ardınca Donbaada separatçılığı gücləndirərək Donetsk və Luqanskı ələ keçirir və Ukraynanın NATO a üzv ola bilmə imkanı əlindən çıxdı. ABŞ və NATO Ukraynada Qərbə meyilliliyin nəyə gətirib çıxaracağını bilsə də, Rusiyanı çökdürmək üçün hadisələrin baş verməsi üçün domino effekti yaratdı yəni, meydan hadisələrinin baş verməsinə şərait yaratdı və sonrakı baş verənlər öz ardıcıllığı ilə həyata keçdi.
Məqsəd Rusiyanı çökdürmək, iqtisadi istehsalın gücünü hərbi sənayeyə yönəltmək və məhsulların ixracının qarşısını alaraq gəlir axınına son qoymaq ,
Ölkədaxili etnik qrupların narazılığını artırmaq və dövləti parçalamaqdır.
Digər tərəfdən Çin, Hindistan, Asiya, Afrika, Latın Amerikası Ölkələri ilə Rusiyanın müttəfiqliyinin qarşısını almaq, beləcə Moskva ilə inkişaf etdiriləcək hər hansısa diplomatik əlaqələr nəticəsində bu ölkələrin güclənməsi və Qərbin önündə durmasını önləmək ABŞ nin planlarından biridir.
Digər məqsədlər isə Rusiya dağıldıqdan sonra ərazisindəki neft və qaz, təbii sərvətləri ələ keçirməklə Qərbin iqtisadi gücünü artırmaq,
Rusiyanın güclənib Balkan və Şərqi Avropadakı slavyan ölkələri ilə birləşə bilməsinə yol verməmək,
Ukraynanı isə bu işdə istifadə etmək və gələcəkdə Kiyevin də təbii sərvətlərinə yiyələnmək, ərazisindən strateji məqsədlər üçün istifadə etməkdir.
TEREF