“Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 08:58

Hər şey gözəl başlayır. Sizə qızılı hərflərlə bəzədilmiş parlaq kart təklif olunur, güzəşt müddəti, bonuslar, keşbek və demək olar ki, əbədi sevgi vəd edilir. Siz düşünürsünüz: “Mənə bundan nə olacaq ki? Sadəcə ehtiyat üçün. Birdən lazım olar”.
Amma vacib fərq var
Debet kartları var – siz bu zaman yalnız özünüzün əvvəldən hesabınıza qoyduğunuz pulları xərcləyirsiniz. Bir də kredit kartları var – bu, bankın sizə verdiyi, amma sonra və faizlə qaytarmalı olduğunuz puldur. Fərq sadə görünür, amma məhz alış-veriş zamanı bu fərq çox vaxt nəzərdən qaçır. Debet kartında yalnız hesabınızdakı vəsaitlə məhdudlaşırsınız. Kredit kartında isə – real imkanlarınızı aşmaq cazibəsi demək olar, hiss olunmadan yaranır.
Və həmin o “ehtiyac anı” gəlir… Cümə axşamı, pulqabınız boşdur, maaşa qədər isə hələ bir həftə var. Kart köməyə gəlir. Sonra bir daha köməyə gəlir. Və bir daha... Sonrası isə tanış ssenaridir: hər ay siz sanki borcunuzu ödəyirsiniz, amma nədənsə ümumi borc azalmır.
İstehlak kreditləri dünyasına xoş gəldiniz.
Bu necə işləyir və banklar nədən qazanır…
Kredit kartı – sizin deyil, banka məxsusdur, faizlə borc alınmış puldur. Üstəlik, bu faizlər çox zaman illik 30%-dən də yüksək olur. Bu, ipoteka və ya avtomobil krediti deyil – bu, bankdan qəhvə, taksi, ya da kafedə nahar üçün sürətli və baha başa gələn borcdur. Rahatdırmı? Əlbəttə. Amma mina sahəsində də gözləri bağlı gəzmək rahatdır – partlayana qədər.
Bank qazanır:
Bəs biz niyə bu tələyə düşürük?
“Öz pulum” illüziyası. Kredit kartı pulqabınızda debet kartının yanında durur və beyniniz düşünür: “Deməli, pulum var”. Amma yox. Bu, sanki kirayəyə götürülmüş geyimi özünüzün hesab etmək kimidir.
“Gələcək mən” effekti. Biz inanırıq ki, sabah mütləq borclarımızı bağlayacağıq. Həmin o “Bazar ertəsi başlayacağam” obrazı – iradəli, planlı və ağıllıdır. Təəssüf ki, real həyatda nadir hallarda rast gəlinir.
Sosial təzyiq. Ətrafda hamı səyahət edir, yeni texnologiyalar alır, restoranlarda nahar edir. Bəs siz onlardan əskiksiniz? Əlbəttə ki, yox. Kredit kartı burada “həyat biletinə” çevrilir. Sadəcə, həmin biletin qiymətindən heç kim əvvəlcədən danışmır.
Bəs necə edək ki, “partlamayaq”?
Bəlkə, ümumiyyətlə ehtiyac yoxdur?
Əslində, kredit kartı olmadan da yaşamaq mümkündür. “Qara gün” üçün banka ümid etməkdənsə, öz ehtiyat vəsaitinizin olması daha yaxşıdır. Kredit kartı nə dostdur, nə də düşmən. O, sadəcə alətdir. Necə ki, bıçaqla çörək də kəsə, özünüzü də yaralaya bilərsiniz.
Nəticə:
Kredit kartı – maliyyə yetkinliyinin testidir. Əgər pul hesablamasına vərdişiniz, dəqiq nəzarətiniz və bir qədər şübhəniz varsa – bu kart faydalı ola bilər. Yox əgər siz hissə-hissə və əhval-ruhiyyə ilə xərcləməyə meyllisinizsə, maaşdan maaşa yaşayırsınızsa – risk etməyin.
Unutmayın: kredit azadlığa gedən yol deyil. Əksinə, bu, qəribə də olsa, bir asanlıqla yaranan asılılıq formasıdır. Axı biz azad olmağın tərəfində deyilikmi?
Fuad Rəsulov - pressklub.az