Cəmiyyətdə kişilərin sahibi yoxdur.

25-05-2025, 14:24           
Cəmiyyətdə kişilərin sahibi yoxdur.
Bu kiş həyat yoldaşı və yoldaşının sevgilisi tərəfindən öldürülür, lakin cəmiyyət buna səssiz qalır. Niyə? Çünki ictimai şüur artıq “qadınlar əzilir”, “qadınlar öldürülür”, “qadınlar cəhənnəm yaşayır” kimi tezislərlə formalaşdırılıb. Bu isə gender bərabərliyi adı altında aparılan tək tərəfli ideoloji yönləndirmənin nəticəsidir.
Bu yanaşma ilə qadınlara azadlıq, üstün hüquqlar, artan aliment, uşaqların təkbaşına analarda qalması və kişilərin valideynlik hüququndan tədricən uzaqlaşdırılması “ədalət” kimi təqdim olunur. Nəticədə, analar keçmiş həyat yoldaşından intiqam almaq üçün uşaqları ataya qarşı öyrədir, kişilər evlərindən, mülkündən məhrum olur, və cəmiyyətin gözündə “yalnız qadınlar məzlumdur” yanaşması formalaşır.
Əlbəttə, qadına qarşı şiddətə qarşıyam. Amma bu, kişilərin hüquqlarının görməzə vurulmasına haqq qazandırmır.
Bizim mədəniyyət qadına ən ali statusu verir, “Xanım” deyirik. “Xan”dan yuxarı nə var? Bizim dilimizdə qadına da, kişiyə də “o” deyilir, bu da dildə, düşüncədə bərabərliyin sübutudur. İngilis “he” və “she”, rus “on” və “ona”, ərəb dilində isə qadın üçün tamam fərqli müraciət formaları var. Bizim isə dildə də, dəyərlərdə də ayrı-seçkilik yoxdur.
İndi sual verirəm
Bu şəkilini paylaşdığım kişi həyat yoldaşı və onun sevgilisi tərəfindən, birlikdə tikdikləri evdə asılaraq öldürülüb. Hadisəni məktəbə gedən azyaşlı qızı, qapının açıq olduğunu görüb həyətə girəndə atasını asılmış halda tapıb. Bu faciə ilə bağlı cəmiyyət niyə susur?
Hanı uşaq hüquqları müdafiəçiləri?
Hanı analıq hüququndan məhrumetmə çağırışları?
Hanı gender bərabərliyi tərəfdarları?
Var kişi hüquqlarını müdafiə edənlər?
Gender bərabərliyi gözəl anlayışdır, amma bu anlayış adı altında qadınlara qaz vermək, ailə institutunu dağıtmaq, dəyərləri məhv etmək, millətin gələcəyini təhlükəyə atmaq olmaz. Ədalət birtərəfli ola bilməz. Ailəni qorumaq, cəmiyyətin balansını qorumaqdır. Ailəni qorumaq milləti qorumaqdır, ailəni qorumaq dövləti qorumaqdır.
Tural Abasquliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru