Putin: "Əminəm ki, Tramp o vaxt ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmazdı" VİDEO

Bu gün, 09:26           
Putin: "Əminəm ki, Tramp o vaxt ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmazdı"  VİDEO
"Ümid edirəm ki, ABŞ ilə əldə olunan anlaşma Ukraynada sülhə yol açacaq".

TASS xəbər verir ki, bunu Putin Trampla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Rusiya Ukrayna xalqını qardaş, baş verənləri isə faciə və böyük ağrı hesab edir.

"Əminəm ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmazdı. Hesab edirəm ki, Ukraynada münaqişə nə qədər tez başa çatsa, bir o qədər yaxşı olar", - Rusiya lideri qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazırdır:

"Moskva Ukrayna ətrafında böhrana son qoymaqda səmimi şəkildə maraqlıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru