Həsən padşah Ağqoyunlunun qızı, Şeyx Heydər Səfəvinin həyat yoldaşı və Şah İsmayıl Səfəvinin anası Aləmşah Bəyimin məzarı.
Bu gün, 08:54
Həsən padşah Ağqoyunlunun qızı, Şeyx Heydər Səfəvinin həyat yoldaşı və Şah İsmayıl Səfəvinin anası Aləmşah Bəyimin məzarı. 1460-cı ildə Diyarbəkirdə anadan olan Aləmşah Bəyim 1522-ci ildə, oğlu Şah İsmayıldan 2 il əvvəl Ərdəbil şəhərində vəfat etmişdir. Səfəvi sülaləsinin nümayəndələrinin dəfn olunduğu "Şeyx Səfi" məqbərəsində dəfn edilmişdir. Şah İsmayılın dövlət qurmağa doğru atılan bütün addımlarını ömrünün sonuna qədər dəstəkləmiş, hakimiyyətə gedən yolda qardaşlarının deyil, oğlu İsmayılın yanında olmuşdur. Allah rəhmət eləsin. Şah İsmayıl Səfəvi səhifəsi TEREF