Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"

Bu gün, 17:39           
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Keçmiş “Ximki” klubunun futbolçusu Zelimxan Bakayev klubun sabiq investoru Tufan Sadıqova maaş borclarını xatırladıb.

Lent.az xəbər verir ki, futbolçu Tufan Sadıqovla əlaqədə olmasa da, onun bu müsahibəni oxuyacağını düşündüyünü deyib:

“Buna görə də texniki olaraq xatırladım: siz söz verdiniz və Qafqazda sözü tuturlar. Biz o vaxt Tufan üçün yazmırdıq, amma orada bütün komanda oturmuşdu — təsdiqləyərlər”.

Mayın 24-də məlum olub ki, “Ximki” Rusiya Futbol Liqasında iştirak üçün lisenziya almayıb. Mayın 28-də isə Rusiya Futbol İttifaqı Moskva ətrafı klubun apellyasiyasını rədd edib. “Ximki” başa çatan çempionat mövsümündə 12-ci yeri tutub.

Əvvəlcə KİV klubun müflis olduğunu və fəaliyyətini dayandıracağını yazmışdı. Bildirilirdi ki, bütün futbolçular və klub əməkdaşlarından öz istəkləri ilə işdən çıxmaq üçün ərizə yazmaları tələb olunub. Futbolçular azad agent statusu alacaq və klubun lisenziyasının rəddindən sonra rəhbərlik borcları ödəməkdən imtina etdiyi üçün maaşlarını ala bilməyəcəklər. Sonradan klubun özü bu məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru