Muzdlu, qarışıq nigahdan anadan olan Türk oğulları-Türkopollar
Bu gün, 08:14

Türkopollar: yunan dilində Τουρκόπουλοι – sözündən götürülüb və "türk oğulları" anlamı verir. Türkpolluların çoxu xristianlaşmış Səlcuqlar və ya Süryani pravoslav xristian türkləri idilər. Əksəriyyəti xristian inancını qoruyub saxlasalar da, bəziləri İslamı qəbul etmişlər Bəziləri qarışıq-yunan-türk ailələrindən idilər.
Türkopollar səlib yürüşləri zamanı şərqi Aralıq dənizinin xristian dövlətləri tərəfindən muzdlu oxatanlar idi. Maraqlıdır ki, türkpollular müsəlmanlar tərəfindən dönük hesab olunurdularvə buna görə də müsəlmanlar tərəfindən əsir götürüldükləri zaman dərhal öldürüdülər. Məmlüklər türkpolluları satqın hesab etdilər və onlara aman vermirdilər.
Romalılar da Anadolu türkləri və türkmənlər arasında müharibələrə türkopolları cəlb edirdilər. Türkpollar öz dövrlərinin bəxt əsgərləri idilər, onlar üçün işəgötürənin dini mənsubiyyəti heç bir məna kəsb etmirdi. Müasir mənbələr onları yüngül silahlı döyüşçülər kimi təsvir edir. Adətən, turkopollar ikinci sırada qalır və ordunun əsas zərbə qüvvəsini təşkil edən cəngavərlərin hərəkətlərini dəstəkləyirdilər.
Bizans ordusunda xidmət edən turkopollarla ilk qarşılaşma Birinci Səlib yürüşü zamanı baş verdi:
- bu döyüşçülərin cəngavərlərdən daha sürətli atları və daha yüngül silahları var idi və
- mobil müsəlman döyüşçüləri ilə döyüşmək üçün yay və qılıncla silahlanmışdılar
- Türkopollar yüngül süvari kimi xidmət edirdilər:
- döyüşçülər, kəşfiyyatçılar, atlı oxatanlar idilər.
Bəzən onları masson lojalarının əsgərləri kimi də istifadə edirdilər. Bəziləri hətta oranın üzvü olmuşdular. Lakin onlar müxtəlif məhdudiyyətlərə, o cümlədən digər əsgərlərdən ayrı masalarda yemək yemək hüquqlarına malik deyildilər.
Tampliyerlər onlardan ordenin muzdlu süvarilərinin komandirləri kimi istifadə edirdilər. Akko mühasirəsindən sağ çıxan türkpollular Qüdsdən gələn hərbi əmrlərə əməl etdilər. Tampliyerlərlə birlikdə Kiprdə, Rodos və Malta adalarında məskunlaşdılar.
Prof.Dr.Zaur Aliyev