Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək?

Bu gün, 10:24           
Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək?
Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.

TEREF xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Mətbuat.az-a bildirilib ki, həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı osial şəbəkələrdə olan məlumatlar yanlışdır.

ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru