Ali Koçun Fənərbağçaya öz cibindən verdiyi böyük məbləğ açıqlandı

Bu gün, 09:58           
Ali Koçun Fənərbağçaya öz cibindən verdiyi böyük məbləğ açıqlandı
Fənərbağça Futbol AŞ İdarə Heyətinin üzvü Barış Göktürk, prezident Ali Koçun kluba etdiyi maliyyə yardımları barədə açıqlama verib. Ali Koç-un Fənərbağçaya bağışladığı pulu açıqlayan Göktürk, onun sponsorluqlar xaricində şəxsi hesabından Fənərbağçaya 130 milyon avrodan çox vəsait ayırdığını bildirib.

Barış Göktürk, Ali Koç-un Fənərbağçaya şəxsi hesabından 130 milyon avrodan çox pul verdiyini bildirərək deyib:

"Bu məbləğ Türkiyə mühasibat standartlarına uyğun şəkildə hesabatlara daxil edilir. Prezidentimizin 70 milyon avro alacağı var, lakin o, bu alacağından ictimaiyyət qarşısında imtina etdi."

Bankalar Birliyindən çıxma prosesinə də toxunan Barış Göktürk deyib:
"Fənərbağça istəsə, elə bu gün Bankalar Birliyindən çıxa bilər. Biz ən doğru, ən əlverişli və klubumuzun mənafeyinə uyğun şəkildə bu prosesdən çıxmağı hədəfləyirik."

Fənərbağçanın ümumi borcunun 25 milyard olduğu iddialarına cavab verən Göktürk bunları söyləyib:

"Fənərbağçanın 25 milyard borcu yoxdur. 31 may 2025 maliyyə hesabatlarında klubun maliyyə və ticarət nağd borcunun ümumi məbləği 223 milyon avrodur. Yəni 10 milyard lirənin altındadır."
milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru