Daha bir şirkət rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı

Bu gün, 09:24           
Daha bir şirkət rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı
“AA Consulting Group” MMC-nin rəhbərinə “stop” qoyulub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.

İş materiallarına görə, şirkətin dövlət büdcəsinə 2 120,94 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib.

“AA Consulting Group” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Ağayev Mirkamal Mirbağı oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru