Tramp Putinlə Ukrayna ilə bağlı əldə olunan anlaşmanı yekun razılaşma adlandırmadı VİDEO
Bu gün, 10:29
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna ilə bağlı əldə olunan anlaşmanı yekun razılaşma adlandırmayıb və bunun üçün bütün tərəflərin razılığının tələb olunacağını vurğulayıb.
Oxu.Az-ın xəbərinə görə, o, bunu Rusiya Prezidenti ilə Ankoricdə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
"Biz bir çox, olduqca çoxlu bəndlər üzrə razılaşdıq. Bir neçə vacib məqam üzrə hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik. Ona görə də razılaşma yoxdur, hələ ki razılaşma yoxdur", - Tramp deyib.