Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisindən keçən hissəsində faciəli hadisə baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Murad Bayramov dənizdə çimərkən boğulub.
Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib və gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.