Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu ...

Bu gün, 17:32           
Toronto Azərbaycan Evinin iş prinsipi və ənənəvi “paxlava” diasporu ...
Diaspor təşkilatlarının əsas funksiyası Azərbaycan dövlətinin xarici siyasətinin effektivliyinin artırılmasına dəstək vermək, milli maraqların müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdır. Bu baxımdan dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması və ümumi prinsiplərə uyğun fəaliyyət göstərməsi vacib şərtdir.
Kanada da dünynın önəmli ölkələrindən biridir və təbii ki, bu ölkədə Azərbaycan diasporunun aktiv fəaliyyət göstərməsi lazımdır.
Məsələn, yaşadığım Toronto şəhərində həmvətənlərimizin sayının kifayət qədər olmasına baxmayaraq, Azərbaycan həqiqətlərinin təbliği və təşkilatlanma ilə bağlı adekvat fəaliyyət göstərilmir.
Kanada cəmiyyətinə inteqrasiya ilə bağlı problemləri bir kənara qoyuram. Bu məsələdən ümumiyyətlə danışmağa dəyməz. Çünki, nə seçkili orqanlar, nə qeyri hökumət təşkilatları, nə də media ilə iş prinsipi düzgün qurulmayıb. Ona görə də bu istiqamətdə acınacaqlı mənzərə var.
Torontoda fəaliyyət göstərən Azərbaycan Evi isə sadəcə “şəkərbura-paxlava fəaliyyəti” ilə məşğuldur.
Halbuki Vətən müharibəsindən sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan diasporu da müasir çağırışlara cavab verməli və Azərbaycanın istər hərb meydanında, istərsə də diplomatik müstəvidə əldə etdiyi uğurlara adekvat fəaliyyət götərməlidir.
Dövlət başçısının Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan diasporu ilə bağlı tövsiyələri yol xəritəsi rolunu oynamalıdır. Xüsusilə xarici media ilə işin effektiv şəkildə aparılması, eyni zamanda Azərbaycan həqiqətləri və tarixinin təbliğ olunması və digər istiqamətlərdə addımların atılmasının zəruriliyi prioritet olmalıdır.
Bunun üçün isə başlıca şərt təşkilatların müzakirə və təkliflərə açıq olmasıdır. Toronto Azərbaycan Evinin işi-gücü isə daha çox vatsap qrupunda “müzakirə”lərlə məhdudlaşır. Orada da işə töhvə verəcək fikirələrə yer yoxdur.
Yəni, avtoritar bir yanaşma var. Məsələn, mənim fikirlərimə dözümsüz yanaşan Kanada Azərbaycan Evinin rəhbəri hörmətli Lalin Həsənovanın ilk addımı məni vatsap qrupundan çıxarmaq oldu.
Təsəvvür edin, bu cür düşüncə ilə Torontodakı Azərbaycan diasporu hansı uğurlara imza ata və Azərbaycan dövlətçiliyi üçün nə edə bilər?
Təbii ki heç nə. Mən, hesab edirəm ki, diaspor təmsilçiləri Azərbaycana yönəlik şəxsi piar kampaniyalarına son qoymalı, bəlli məqsədlərdən əl çəkməli və milli maraqları əsas götürməlidirlər...
Ona görə də, son illər soydaşlarımızın Toronto Azərbaycan Evindən uzaq düşməsinin səbəbini araşdırıram. Torontoda yaşayan Azərbaycanlılar 40-50 nəfərdən ibarət deyil, 4000 nəfərdən çoxdur.
Ardı var...
Elnur İsmayılov
Kanada - SHERG.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru