Mask “Netflix” boykotuna qoşuldu

Bu gün, 12:58           
Mask “Netflix” boykotuna qoşuldu
Mask “Netflix” boykotuna qoşuldu

Valyuta.az xəbər verir ki, “X” platformasının sahibi İlon Mask “Netflix”ə qarşı boykot çağırışlarını dəstəkləyib.

Mübahisə 2023-cü ildə dayandırılan “Dead End: Paranormal Park” animasiya serialının rejissoru Hamiş Stilə aid edilən və mərhum mühafizəkar fəal Çarli Kerk barədə təhqiramiz ifadələrlə bağlıdır.

Mask “X”də abunəliyini ləğv edən istifadəçinin paylaşımını “Mən də” şərhi ilə yenidən paylaşaraq, “Netflix”i “transgender gündəmi uşaqlara sırımaqda” ittiham edib: “Uşaqlarınızın sağlamlığı üçün ‘Netflix’i ləğv edin”.

Qeyd edək ki, “Netflix” səhmləri çərşənbə günü birjaöncəsi ticarətdə 1,74% ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru