Avropa buna cavab verəcək, son qəpiyinə kimi... - Slutski

Bu gün, 15:14           
Avropa buna cavab verəcək, son qəpiyinə kimi... - Slutski
Avropa ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə etdiklərinə görə məhkəmə qarşısında cavab verəcək və son qəpiyinə kimi geri qaytarmalı olacaqlar.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

O vurğulayıb ki, bu addım Avropa ölkələrindən olan investorların etibarını itirməsinə səbəb olacaq:

"Kapitalın xaricə axını başlayıb. Çətin ki, bu proses yaxın gələcəkdə bərpa oluna bilsin".

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyası (AK) Ukraynaya 4 milyard avroluq yeni tranş ayırıb. Bu məbləğ Rusiyanın dondurulmuş aktivlərindən ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru