Bakıda xanım sahibkarın BMW-sindən oğurluq - Külli miqdarda pul və qızıllar....

Bu gün, 16:48           
Bakıda xanım sahibkarın BMW-sindən oğurluq - Külli miqdarda pul və qızıllar....
Bakıda sahibkar xanımın avtomobilindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxsə cəza verilib.
Qaynarinfo-nun məlumatına görə, oğurluğu 1985-ci ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş Mübariz Ağayev törədib. Onun Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Mübariz Ağayev Binəqədi rayonu 4-cü Mikrorayon ərazisindəki "Tərlan" şadlıq sarayının yaxınlığına BMW markalı avtomobildən oğurluq edib. Təqsirləndirilən şəxs əvvəlcə maşının içərisinə baxdıqda arxa oturacaqda qadın çantası olduğunu görüb. O, üzərində olan "sveça" deyilən avtomobil şamı ilə BMW-nin şüşəsini sındırıb və çantanı götürərək oradan uzaqlaşıb.
Avtomobil turizm fəaliyyəti ilə məşğul olan şirkətlərdən birinin rəhbəri olan Vəfa Məmmədovaya məxsus olub. Nəticədə onun şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 600 manat dəyərində qızıl qolbağı, 2 ədəd, biri 70 manat, digəri 100 manat dəyərində tək qızıl sırğa, 1 ədəd 300 manat dəyərində qırıq vəziyyətdə naxışlı qolbağı, 1 ədəd 100 manat dəyərində ağ rəngli "iPhone 14 Pro” markalı mobil telefonun enerji kabeli, 1 ədəd 400 manat dəyərində tünd göy rəngli "Prada” markalı pul qabı, həmin pul qabının içərisində 72 manat pul, 1 ədəd 100 manat dəyərində "İydə” adlı ətir, 14485 avro və 3800 manat pulunun olduğu qara rəngli "Prada” markalı çantanın oğurlanıb.
Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin "Toyota Rav-4" markalı avtomobildən də oğurluq etməsi məlum olub. Mübariz Ağayev zərərçəkmiş Zaur Şirinovun idarə etdiyi avtomobildən içərisində 1700 manat olan pul kisəsinin oğurlayıb.
Məhkəmənin qərarı ilə Mübariz Ağayev 4 il müddətə azadlıqdan məhrum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru