Xocavənddə 1 fərdi yaşayış evinin təmirinə 59 minə yaxın vəsait xərclənəcək - İşləri görəcək şirkətin 1.8 milyon borcu var
Bu gün, 12:56
Xocavənd şəhərində fərdi yaşayış evlərində (50 ev, 8415 m2) təmir işlərinin aparılmasına 2 941 042 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, artıq işlərə başlanılıb.
“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və xidməti həyata keçirəcək “Az-Caspian Construction” MMC arasında müqavilə bağlanıb.
Qeyd: MMC-yə əlavə olaraq Cəbrayıl şəhərində yerləşən inzibati binanın işçi layihəsinin hazırlanması və interyer dizaynının layihələndirilməsi xidmətinə görə 790 010 AZN və Cəbrayıl şəhərində yerləşən parkın layihələndirilməsi xidmətinə görə 835 440 AZN ödəniləcək. Müqavilələr üzrə satınalma prosedurlarının heç biri dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin dövlətə 1 848 663 AZN borcu var.