Rayon icra hakimiyyətinin başçısı ov zamanı aldığı güllə yarasından ÖLDÜ - Bu ölkədə...
Bu gün, 15:24
Rusiyanın Novosibirsk vilayətinin Leninski rayon icra hakimiyyətinin başçısı Aleksandr Qrib ov edərkən aldığı güllə yarasından ölüb. Ajans.az xəbər verir ki, bu barədə "Lenta.ru" Rusiya İstintaq Komitəsinin regional idarəsinə istinadən məlumat yayıb .
Hadisə Novosibirsk vilayətinin Dovolenski rayonundakı meşədə baş verib. Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir.
"Mash" Telegram kanalının məlumatına görə , Qrib cüyürü izləyərkən dostunun açdığı güllədən ölüb.
Aleksandr Vladimiroviç Qrib 1965-ci ildə anadan olub. 2019-cu il sentyabrın 18-də rayon icra hakimiyyətinin başçısı təyin edilib.