Sumqayıt İcra Hakimiyyəti 2 il əvvəl asfalt çəkilən yolu yenə asfaltlayır? - 155 min xərclənəcək

Bu gün, 15:44           
Sumqayıt İcra Hakimiyyəti 2 il əvvəl asfalt çəkilən yolu yenə asfaltlayır? -
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin qalibi “İS.M.M.” MMC (VÖEN – 1400006201) olub.

Qeyd edək ki, İcra Hakimiyyəti Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə və 5-ci məhəllə küçələrində asfaltbeton örtüyünün cari təmiri üçün “İS.M.M.” MMC-yə 154 min 645 manat 42 qəpik ödəyəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, asfalt salınması nəzərdə tutulan küçə və məhəllədə cəmi 2 il əvvəl də asfalt salındığı bildirilir. İki il əvvəl mətbuatda yer alan məlumatda bildirilib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin qəsəbəsi 5-ci məhəllə və S.Bəhlulzadə küçəsində asfaltbeton örtüyünün cari təmir işləri üçün “Pro Təmir Tikinti” MMC-yə 203 min 196 manat ödəyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru