Bəşər Əsədi Moskvada zəhərləyiblər - KİV

Bu gün, 17:18           
Bəşər Əsədi Moskvada zəhərləyiblər - KİV
Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərləyiblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya KİV-i Suriya İnsan Haqları Müşahidə Qrupuna (SOHR) istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda onun vəziyyəti stabildir.

Qeyd olunub ki, Əsəd sentyabrın 29-da Moskva ətrafındakı xəstəxanadan evə buraxılıb.

Mənbənin sözlərinə görə, Əsədin xəstəxanada olduğu müddətdə ona yalnız qardaşı Mahir və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Əzzama baş çəkməyə icazə verilib.

“Əməliyyatı həyata keçirən tərəf rəsmi Moskvanı pis vəziyyətdə qoymaq və onu keçmiş prezidentə sui-qəsddə ittiham etməyi planlaşdırıb, - deyə mənbə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru