Fransadan Rusiya tankerinə qarşı əməliyyat: Donanma tankeri saxlanıldı

Bu gün, 12:44           
Fransadan Rusiya tankerinə qarşı əməliyyat: Donanma tankeri saxlanıldı
Fransa hərbçiləri Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən “Boracay” adlı tankeri ölkə sahillərində saxlayıb.

Bu barədə AFP məlumat yayıb.

Fransa hökumətindəki mənbənin məlumatına görə, Benin bayrağı altında üzən gəmi Saint-Nazaire sahillərində lövbər salarkən yoxlanılıb. Prezident Emmanuel Makron bildirib ki, tanker ciddi pozuntulara görə araşdırılır.

Kremlin sözçüsü Dmitri Peskov isə Avropa ölkələrini təxribat xarakterli hərəkətlərdə ittiham edib. Onun sözlərinə görə, Baltikyanı dəniz də daxil olmaqla, bir sıra sularda Avropa ölkələri kommersiya naviqasiyasının azadlığını pozur.//Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru