Azərbaycanda milyonlar itirən şirkətlər - CƏDVƏL
Bu gün, 17:58

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanın həm dövlətə məxsus, həm də qeyri-dövlət şirkətlərinin ixrac göstəricilərində ötən illə müqayisədə azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərdən olan “Baku Steel Company” QSC hesabat dövründə 41,3 milyon ABŞ dolları ixrac həyata keçirib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon dollar və ya 4,83% azdır.
Dövlətə məxsus əsas ixracatçılar sırasında yer alan “Azəralüminium” MMC isə bu ilin ilk 8 ayında 82,9 milyon dollar ixrac edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 95,2 milyon dollar təşkil edib. Beləliklə, şirkətin ixracında 12,3 milyon dollar və ya 12,92% azalma baş verib.
Digər dövlət qurumu olan Naxçıvan MR Dövlət Energetika Xidməti də ixrac göstəricilərində geriləmə ilə üzləşib. Qurumun 2025-ci ilin yanvar–avqust aylarında ixracı 594,5 min dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 80,4 min dollar və ya 11,91% azdır.
