Sanksiyalar kağız üzərində qalır: Rusiya Çinə qaz ixracını artırır

Bu gün, 15:08           
Sanksiyalar kağız üzərində qalır: Rusiya Çinə qaz ixracını artırır
Rusiya ABŞ-ın sanksiyaları altında olan Arctic LNG-2 layihəsindən Çinə maye qaz tədarükünü artırmağı planlaşdırır.

Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Biz burada çox ciddi birgə irəliləyiş əldə edirik. Rusiyanın Hindistan və Çinlə enerji sektorunda əməkdaşlığın perspektivləri çox yaxşıdır", deə Rusiyanın energetika naziri Sergey Tsivlilov yerli mətbuata müsahibəsində qeyd edib.

Eyni zamanda o, Sibirin Gücü-2 layihəsi çərçivəsində tədarük ediləcək Rusiya qazının Çin üçün qiyməti ilə bağlı sualları cavablandırmaqdan imtina edərək, jurnalistlərə "Qazprom" və ya Çinin CNPS şirkəti ilə əlaqə saxlamağı tövsiyə edib.

Arctic LNG-2 layihəsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Co Baydenin prezidentliyi dövründə ABŞ sanksiyalarına məruz qalıb və uzun müddət ikinci dərəcəli sanksiyalara məruz qalmaq riski ilə üzləşdiyindən təcavüzkar ölkə "mavi yanacağa" alıcı tapa bilməyib. Lakin avqustun 28-də maye qaz yükü ilə dolu ilk tanker Çinə yola düşüb.

Sonradan məlum olub ki, bu birdəfəlik partiya deyil. Sentyabrın 6-da məlum olub ki, Rusiyanın Arctic LNG-2 maye qazı daşıyan ikinci tankeri Çinə yanaşıb və sentyabrın sonuna qədər Çin 7 gəmi qəbul edib.

Çinin Amerika sanksiyalarına məhəl qoymamasına baxmayaraq, Vaşinqton Pekini ancaq cavab tədbirləri ilə hədələyir. Avqustun 2-də "The Washington Post" qəzeti ABŞ-ın Çinə qarşı sanksiyalar hazırladığını yazıb. Amma hələlik məsələ rəsmi səviyyədə hədə-qorxudan o yana keçməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru