Makrondan ABŞ-la bağlı sərt sözlər: “Bu, Trampın zəifliyidir”
Bu gün, 12:34
“ABŞ hökumətinin Ukraynaya qoşun yeritməkdən imtina etməsi zəiflikdir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
“Artıq 2022-ci ilin yazında amerikalı tərəfdaşlarımız Ukraynaya əsgər göndərməyəcəklərini bəyan etdilər. Biz dəfələrlə Moskvaya heç nə etməyəcəyimizi demişik. Bu, zəiflik əlamətidir. Biz, xüsusən də amerikalılardan asılılığımızı azaltmalıyıq”, – Makron vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir. O, həmçinin bəyan edib ki, Ukraynaya silah göndərən hər kəs Rusiya üçün qanuni hədəf olacaq. NATO-ya üzv dövlətlər Kiyev rejimini silahla təchiz etməklə “odla oynayır”. Digər tərəfdən, Qərbin Kiyevi silahla təmin etməsi, Rusiya-Ukrayna danışıqlarını dalana dirəyəcək”.