Sosial şəbəkələrdə “Ceka” adlı bir it hürür - FOTOLAR
12-12-2016, 10:50
Yazının sərlövhəsinə təəccüblə yanaşmayın. Sosial şəbəkələrdə cürbəcür heyvanlar nümayiş olunur. İt də, pişik də, pələng də. Buna sözümüz yox. Bu “Ceka” isə iki ayaqlıdır. Sosial şəbəkələrdə özünü “Ceka Kusarvi Şahdaqski” kimi təqdim edir. Yaşı da 26-dır. Qusardandır, yoxsa Samurun o biri tayından, dəqiq deyə bilmərik. Amma Qusardan olana oxşayır. Bunu Qusar polisi, DTX-sı, prokuroru bilər. Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov isə bilməsə də olar. Onun komandasını belə məsələlər maraqlandırmır. Qusarlılar deyirlər ki, torpaqdan, obyektdən-zaddan satıb başlarını girələyirlər. Hə, söhbət bundan getmir. “Ceka”nın işi-peşəsi Azərbaycana hürməkdir. Dünyanın biri-birinə dəydiyi bir vaxtda “Ləzgistan” yaratmaq həvəsinə düşüb. Profilində dörd separatçılığı təbliğ edən və iki erməni qrupu var. Bir az araşdırdıq, çək-çevir etdik. Belə qənaətə gəldik ki, bu “kişi”ni ermənilər hürdürür. Azərbaycan dövlətinə, onun rəhbərliyinə qarşı ən çirkin təbliğat aparır. Hələ bəzi məsələləri açıb-ağartmırıq. Adamın bu “Ceka”ya kişi deməyə belə dili gəlmir. O qədər murdar və yaramaz təbliğatla məşğuldur ki, kişi adlandırılan bəndə bu işlərlə məşğul olmaz.
Bu “Ceka”nın profili Baqramyan prospektinə dönüb. Yerevandakı kinoloqları profilindən geninə-boluna istifadə edirlər. Gah “Böyük Ermənistan” xəritəsi yayırlar, gah da Azərbaycan əleyhinə ənənəvi təbliğatlarını aparırlar. Bu itsə o qədər sədaqətlidir ki, sahiblərinə dayanmadan quyruq bulayır. Heç beləsini hələm-hələm tapmaq olmur. Dostları arasında olanlar da öz taylarıdır. İki-üç nəfər özünə oxşayan qusarlı və xaçmazlı da var. Gör nə qədər şərəf və ləyaqətini itirəsən ki, bu itlə dostluq edəsən. Birini tanıyırıq, o da “Sadval” qarşısında quyruq bulayanlardandır, özü də yalamalıdır, hələlik adını çəkmirik. Yaxın vaxtlarda onu da sizə tanıdacağıq. Yəqin o da “Ceka”nın iyrənc əməllərini və erməni dostlarını bəyənir ki, dostluğundadır.
Bu “Ceka”nın iyulun sonunda Axtı rayonunda keçirilən “Şarvili” bayramında bir videosu da var. Əlində “Ləzgistan” bayrağı ,özü kimi bir dəstə başıpozuqla elə rəqs edir ki, sanki onu qondarma “Ləzgistan”ın baş naziri qoyacaqlar.
Əl qərəz, bu separatçı tör-töküntüləri süpürüb atmağın vaxtı çatıb. Düzü, bu məsələdən söhbət düşəndə bəziləri deyirlər ki, Rusiya belə getdi, Qərb elə getdi, insan haqları belə getdi, nə bilim nə. Amma boş şeylərdir. Əgər kimsə Azərbaycanımızın ərazi bütövlüyünə xələl gətirən təbliğatla məşğuldursa, xalqlar arasına ədavət salırsa cinayətkardır. Cinayətkara isə yerini göstərmək lazımdır. Heç kimdən və heç nədən çəkinmədən.
“Ceka” adlı itin yaydığı bəzi şəkilləri də sizlərə təqdim edirik. Çünki bu adamı tanımağınızı istəyirik və nələr yaydığını öz gözlərinizlə görəsiniz. DİN və DTX-nın Qusar rayon şöbələrindən, Xudat sərhəd dəstəsindən bir xahişimiz var. Əgər bu erməni köpəyi bizim bağdadırsa boynuna zəncir vurun, yox deyilsə həyət-bacaya buraxmamağın yollarını özünüz bilirsiniz.
Yadıma bir hadisə də düşdü. Bir dostumun “Ceka” adlı bir iti vardı. Yazıq daim gileylənirdi ki, bu itə nə qədər yaxşı baxsaq da arvad-uşağa hürür və üstlərinə cumur. Axırda dostumun çarəsi kəsilib, iti aparıb meşəyə ov tüfəngi ilə öldürüb.
Bilmirəm, niyə bu hadisə yadıma düşdü...
Müqəddəs Mehdiyev \\moderator.az\\