ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə edilməsini təklif edir

3-07-2025, 10:44           
ABŞ Zəngəzur dəhlizinə nəzarəti amerikalı şirkətə həvalə edilməsini təklif edir
Donald Tramp administrasiyası qlobal münaqişələrin həllində fəallığını nümayiş etdirmək məqsədilə yeni plan irəli sürüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Carnegie Politika" məlumat yayıb.

Bu plana əsasən, Zəngəzur dəhlizi vasitəsilə yük daşımalarına nəzarət və idarəetmə amerikalı şirkətə həvalə edilməlidir.

Bu yanaşma Rusiya Federasiyasının prosesdən və dəhlizin həyata keçirilməsindən tamamilə kənarda qalmasını nəzərdə tutur.

Bununla belə, plan həm Azərbaycanın uzunmüddətli təhlükəsizlik təminatları ilə bağlı tələblərini qarşılayır, həm də Ermənistanın dəhliz üzərində suverenliyini qoruyub saxlayır.

Qeyd edilir ki, Vaşinqtonda bu təşəbbüsə ehtiyatlı nikbinliklə yanaşılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru