İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olundu

3-07-2025, 10:47           
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olundu
İranda iğtişaşların təşkilinə görə həbs cəzası çəkən iki Fransa vətəndaşı İsrailin "Mossad" kəşfiyyat xidmətinə işləməkdə ittiham olunub.

Oxu.Az bu barədə AFP agentliyinə istinadla xəbər verir.

İddia olunur ki, Sesil Koler və Jak Pari "rejimi devirmək üzrə sövdələşmək" və "korrupsiya" məqsədilə İsraillə əməkdaşlıq ediblər. Onların hakim qarşısına çıxarıldıqları qeyd olunur.

Qeyd edək ki, Sesil Koler və Jak Pari 2022-ci ilin mayında İranda saxlanılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru