AZƏRBAYCANLI və ÇEÇEN KİLLERLƏR YAXALANDI – Amsterdamda Şeyxə sui-qəsd
23-12-2016, 22:34
Dekabrın 23-nə keçən gecə Hollandiyanın paytaxtı Amsterdamda mərhum “Rövşən Lənkəranski”nin keçmiş tərəfdaşı və ortağı olan nüfuzlu çemen kriminal avtoritet Həmzət Qastemirova sui-qəsd olub.
Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, vaxtilə Lənkəranskinin başçılıq etdiyi klanın “Avropa obşakı”ına-kassasına nəzarət edən “Şeyx Həmzət” ləqəbli çeçen kriminal avtoriteti öldürmək üçün gedən azərbaycanlı və çeçen iki killer saxlanılıb. Onların 30-35 yaşlarında olduğu bildirilir.
Hadisə Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında yerləşən “Staay Food Group Holding” topdansatış meyvə-tərəvəz bazasında baş verib. Agentliyi məlumatlandıran mənbə bildirib ki, killerlər “Glok” tapançası və səsboğucu ilə təchiz olunmuş “Kalaşnikov” avtomatı ilə silahlanıblar. Gecə vaxt bazanın ərazisinə yüzlərlə TIR daxil olduğundan mühafizəçilər yük maşını ilə bazaya gələn killerləri aşkar edə bilməyiblər.
Həmin topdansatış bazasına nəzarət edən Şeyx Həmzət həmin vaxt orada olub və işlərə nəzarət edirmiş. Killerlər ona sui-qəsd həyata keçirsələr də cəhdləri uğursuz olub. Atışma zamanı Şeyxin bir mühafizəçisi çiynindən yaralanıb. Kriminal avtoritetin mühafizəçiləri cavab atəşi ilə killerləri zərərsizləşdiriblər, onların biri ayağından, digəri kürəyindən yaralanıb. Həmin vaxt hadisə yerinə gələn polis naryadı killerləri tutub və onları polis bölməsinə aparıb. Şeyx Həmzətə qarşı sui-qəsdi kimin sifariş verdiyi barədə məlumat yoxdur.
Xatırladaq ki, Şeyx Həmzət Lənkəranskinin ölümündən sonra onun Avropdadakı bütün aktivlərini, o cümlədən İtaliyadakı iki dəbdəbəli otelini ələ keçirib.
Rusiya FTX-dəki mənbələr deyir ki, Qastemirovun nəzarətindəki “obşak”ın aktivləri iri bankın aktivləri ilə müqayisə oluna bilər. Hazırda Rusiya DİN-də FTX-də Qastemirovun barəsində 37 cinayət dosyesi var.
Avropadakı “obşak”ın Şeyx Həmzətin nəzarətinə verilməsi məsələsi hələ “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun Ermənistanda keçirdiyi “sxodka”da qəbul olunub. “Şakro” özü hazırda həbsdədir, iyul ayında həbs olunub.
Bildirilir ki, “Şakro”nun Avropadakı aktivləri-bukmeyker kontorları, Las-Veqasda kazino, Belçikada daş-qaş evi, iri Rusiya neft şirkətinin səhm paketi və digərləri də Şeyxin idarəçiliyindədir. Habelə Şeyx Avropada keçmiş sovet respublikalarından olan zərgərlərə “krışalıq” edir. Məlmata görə Şeyx Las-Veqasdakı
“Caesars Palace “ kazinosunun 35 faizinin sahibidir. Bu, dünyanın ən iri otel-kazinolarından biridir. Çeçen mafiozun qüdrəti o qədər böyükdür ki, bu ilin avqust ayında onun ailə bayramında Al Paçino və Robert De Niro kimi Hollivud ulduzları da iştirak etmişdi.