Mehriban Əliyeva bağçada – Fotolar

26-12-2016, 21:12           

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində yeni istifadəyə verilən 343 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Gununsesi.info xəbər verir ki, birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, yaşayış evlərinin sıx yerləşdiyi qəsəbənin bu hissəsində əvvəllər uşaq bağçası olmayıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 uşaq yerlikdir və 7 qrupdan ibarətdir. Müəssisə uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün lazımi inventarla təchiz edilib.
Heydər Əliyev Fondunun prezidenti uşaq bağçası-körpələr evinin balaca sakinləri ilə görüşüb, onlarla söhbət edib, xatirə şəkli çəkdirib. Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzulayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru